Blatterin qızı: FİFA rəhbərinin istefa qərarının qalmaqallarla heç bir əlaqəsi yoxdur

Blatterin qızı: FİFA rəhbərinin istefa qərarının qalmaqallarla heç bir əlaqəsi yoxdur
# 03 iyun 2015 03:33 (UTC +04:00)

“İndi mən istəyirəm ki hər şey sakitləşsin – həm atam üçün, həm də dünya futbolu üçün. Lakin hər şeydən əvvəl mən istəyirəm ki dünya, nəhayət, onun futbola son 40 ildə verdiyi tövhəni qiymətləndirsin. Onun istefa vermək qərarının hazırda müzakirə olunan qalmaqallarla heç bir əlaqəsi yoxdur”, deyə Korrin bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “BBC” məlumat yayıb.

Qeyd edək ki, Yozef Blatter FİFA-nın təcili çağırılacaq konqresində təşkilatın prezidenti postundan istefa verəcəyini bəyan edib.

FİFA-nın növbədənkənar konqresi 2015-ci ilin dekabrından 2016-cı ilin martınadək dövr ərzində baş tutacaq.

Xatırladaq ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkənin hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 9 nümayəndəsi korrupsiyada ittiham olunaraq həbs edilmişdi.

1998-ci ildən FİFA-ya rəhbərlik edən 79 yaşlı Yozef Blatter mayın 29-da növbəti dörd il müddətinə FİFA-nın prezidenti seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR