ATƏT-in müşahidə missiyası Türkiyədəki prezident seçkilərinə müsbət qiymət verib

ATƏT-in müşahidə missiyası Türkiyədəki prezident seçkilərinə müsbət qiymət verib
# 11 avqust 2014 14:39 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. ATƏT-in Türkiyədəki müşahidəçi missiyası avqustun 10-da keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat yayıb. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ATƏT müşahidəçiləri hər 3 namizədin azad seçki kampaniyası aparmağa müvəffəq olduğunu bildiriblər.

Qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğanın baş nazir səlahiyyətlərindən və geniş media dəstəyindən yararlanması onun digər namizədlərdən üstünlüyünü təmin edib: “İlk birbaşa prezident seçkiləri Türkiyədə dinamik seçki həyatının olduğunu nümayiş etdirdi”.

Lakin ATƏT-in müşahidəçi missiyasının xüsusi koordinatoru Vilija Aleknaite-Abramikiene bildirib ki, medianın ünvanına səsləndirilən bəzi təhdidlər və sərt münasibət insanların demokratik narahatlığının ifadə olunmasına maneə kimi qiymətləndirilməlidir.

Türkiyənin Ali Seçki Şurasının fəaliyyətini peşəkar olaraq qiymətləndirən ATƏT nümayəndələri səsvermədə gizliliyin və seçkilərin təşkilinin yaxşı səviyyədə olduğunu söyləyiblər: “Lakin seçki komitəsinin qərarından apelyasiya şikayəti vermək hüququnun olmaması mübahisəli məsələlərin səmərəli həllinin qarşısını ala bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR