Ötən il ARDNŞ-in xalis mənfəəti 977 mln. manata çatıb

Ötən il ARDNŞ-in xalis mənfəəti 977 mln. manata çatıb
# 08 iyul 2014 12:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) xalis mənfəəti 977 mln. manat təşkil edib.

APA-Economics”in şirkətin 2013-cü ilin beynəlxalq maliyyə hesabatları standartlarına uyğun konsolidasiya edilmiş maliyyə hesabatına əsasən verdiyi məlumata görə, bu, 2012-ci ilin göstəricisindən 2,3% çoxdur.

2013-cü ildə şirkət əməliyyat fəaliyyətindən 1 mlrd. 651 mln. manat mənfəət əldə edib ki, bu da daha əvvəlki illə müqayisədə 18,5% artım deməkdir.

Ötən il şirkətin mənfəət vergisi üzrə ayırmaları 444 mln. manat təşkil edib. Bu da 2012-ci ilin göstəriciləri ilə müqayisədə 6,6% azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR