Zaqatalada fındıq bağında külli miqdarda narkotik və odlu silah aşkarlanıb - VİDEO

Zaqatalada fındıq bağında külli miqdarda narkotik və odlu silah aşkarlanıb - <span style="color: red;">VİDEO
# 21 iyul 2015 08:30 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov- APA. Zaqatalada fındıq bağından külli miqdarda narkotik bitki və odlu silah tapılıb.

Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Aşağı Tala kənd inzibati ərazisində kənd sakini Xətai Bilal oğlu Mirzəyevə məxsus fındıq bağında kultivasiya üsulu ilə əkilmiş və aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları aşkarlanıb. Ərazidən çəkisi 275 kq olan ümumi sayı 500 ədəd çətənə bitkisi yığılıb. Həmçinin narkotik tərkibli bitkinin qorunması üçün istifadə olunan 20 çaplı qoşalülə ov tüfəngi də götürülüb.

Narkotik bitkini əkib-becərməkdə şübhəli bilinən kənd sakini, 1990-cı l təvəllüdlü Aslan Abdulla oğlu Əzizov tutulub, Xətai Mirzəyevin axtarışı davam edir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR