Elmar Məmmədyarov Seynt Vinsent və Qrenada xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Seynt Vinsent və Qrenada xarici işlər naziri ilə görüşüb
# 25 sentyabr 2014 08:39 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Seynt Vinsent və Qrenada xarici işlər naziri Kamillo Qonzalveslə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı səfərlər müzakirə olunub.

Söhbət əsnasında həmçinin iqtisadi layihələrin icrası və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR