Azərbaycanlı diplomat 27 nəfərdən biri seçilib

Azərbaycanlı diplomat 27 nəfərdən biri seçilib
# 22 noyabr 2014 15:15 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dünyanın 17 ölkəsindən 27 nümayəndənin iştirak etdiyi magistr proqramının məzunlarından biri də Azərbaycan vətəndaşıdır. APA-nın məlumatına görə, akademiyadan gələn ay məzun olacaq 27 nəfər dünyada korrupsiyaya qarşı mübarizə sahəsi üzrə magistr təhsili almış ilk nümayəndələr olacaq.

IACA-nın ilk 27 məzunundan biri olacaq Azərbaycan vətəndaşı, Azərbaycanın Avstriyadakı Səfirliyinin ikinci katibi Yalçın İlqar oğlu Rəfiyevdir. Azərbaycanlı diplomat, eyni zamanda, IACA-nın ilk məzunları arasında post-sovet ölkələrinin yeganə nümayəndəsidir.

Qeyd edək ki, noyabrın 19-dan 21-ə kimi Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) 3-cü Assambleyasına ev sahibliyi edib.

Toplantıda Azərbaycanın baş prokuroru Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv ölkələrin Assambleyasının növbəti il üçün sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR