İraq məhkəməsi baş nazir Nuri əl-Malikinin xeyrinə qərar çıxarıb

İraq məhkəməsi baş nazir Nuri əl-Malikinin xeyrinə qərar çıxarıb
# 11 avqust 2014 14:58 (UTC +04:00)

Bakı - APA. İraq Federal Məhkəməsi baş nazir Nuri əl-Malikinin xeyrinə qərar çıxarıb.

APA-nın “Euronews”-a istinadən verdiyi xəbərə görə, İraq Federal Məhkəməsi Nuri əl-Malikinin üçüncü müddətə baş nazir seçilə biləcəyi barədə qərar çıxarıb. Parlamentdə Malikinin qarşısını kəsən müxalifət tərəfindən irəli sürülən tənzimləmə isə ləğv olunub.

Qeyd edək ki, seçkilərdən sonra hökumətin formalaşdırılması cəhdləri müvəffəqiyyətsizliklə nəticələnən İraqda Malikiyə verilən müddət sona çatsa da, o, hələ də Nazirlər Kabinetinə rəhbərlik etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR