Hüquq müdafiəçiləri Bakıda bacısının başını kəsməkdə təqsirləndirilən qızla görüşüblər 

Hüquq müdafiəçiləri Bakıda bacısının başını kəsməkdə təqsirləndirilən qızla görüşüblər 
# 23 oktyabr 2014 10:40 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur: “Bir neçə nəfər məhkəmə qərarı ilə bağlı narazılığını bildirdi. Xətai Rayon Polis İdarəsində olarkən dünən bacısının başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Pərvanə Nuriyeva ilə görüşdük. Törətdiyi əməldən peşman olduğunu bildirdi”.

E. Behbudov Daxili İşlər Nazirliyinin tabeliyində olan Qanunsuz Miqrasiya ilə Mübarizə İdarəsində və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks Kəşfiyyat İdarəsinin müvəqqəti saxlanma yerində də monitorinq keçirdiklərini deyib: “Miqrasiya İdarəsinin saxlanma yerində saxlanılan yox idi. Hərbi Əks Kəşfiyyat İdarəsinin müvəqqəti saxlanma yeri isə bağlıdır və fəaliyyət göstərmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR