Davudoğlu: "Enerji resurslarının tranzit yolları Türkiyədən keçməlidir"

Davudoğlu: "Enerji resurslarının tranzit yolları Türkiyədən keçməlidir"
# 24 dekabr 2014 05:23 (UTC +04:00)

APA-nın TRT-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Makedoniyanın paytaxtı Skopyedə səfirlərlə görüşündə bildirib.

“Türkiyənin iqtisadiyyatı artır, enerji resurslarında tələbat da artır. Biz enerji mənbələrinə malik deyilik, lakin enerji yolların kəsişməsində yerləşirik və enerji resurslarının tranzitindən faydalana bilərik. Bütün yolların Romaya istiqamətləndiyi kimi, Türkiyə də enerji resurslarının nəql olunduğu bütün yolların keçdiyi bir yer olmalıdır”, deyə Davudoğlu qeyd edib.

Enerji resurslarının mənbələri sırasında Türkiyə Rusiyanı qeyd edib. Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətləri hazırda inkişaf edir və son 500 ilin ən yaxşı dövrünü yaşayır.

“Bizim Aİ ilə münasibətlərimizin yaxşı olması heç də Rusiya ilə münasibətlərimizin pis olması demək deyil. Ukraynadakı böhranla bağlı qazın tədarükü üçün digər marşrutların müəyyənləşdirilməsinə lüzum yaranıb və biz hazırda Rusiyanın bununla bağlı təkliflərini nəzərdən keçiririk. Türkiyə coğrafi şəraitinə görə enerji resurslarının tələbat olan yerlərə tədarükünün ən sadə yolunu təmin edə bilər”, deyə Davudoğlu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR