İsveçrədə hər kəsə aylıq maaş verilməsi təklifi referendumda dəstəklənməyib

İsveçrədə hər kəsə aylıq maaş verilməsi təklifi referendumda dəstəklənməyib
# 05 iyun 2016 16:33 (UTC +04:00)

Bakı-APA. İsveçrədə hər kəsə maaş verilməsi təklifi ilə bağlı keçirilən referendumun nəticəsi məlum olub.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, referenduma qatılanların 78 faizi təklifin əleyhinə səs verib.

Qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən hər hansı təklifin referenduma çıxarılması üçün 100 min imza toplanması laxımdır. Hər kəsə ayda 2500 İsveçrə frankı verilməsini nəzərdə tutan təklifi referenduma çıxarmaq üçün də 100 min imza toplanıb. Hər kəsə ayda 2500 İsveçrə frankı məbləğində maaş verilməsini dəstəkləyənlər bunu ölkədə yaşayış üçün xərclərin yüksək olması ilə əlaqələndirib.

Beləliklə, İsveçrə Avropada hər kəsə hər ay maaş verilməsini nəzərdə tutan təklifi referenduma çıxaran ilk ölkə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR