Azərbaycan “Lüsern Dünya Turizm Forumu”nda qonaq ölkə qismində iştirak edəcək

Azərbaycan “Lüsern Dünya Turizm Forumu”nda qonaq ölkə qismində iştirak edəcək
# 16 aprel 2015 09:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 23-24-də İsveçrə Konfederasiyasının Lüsern şəhərində 4-cü “Lüsern Dünya Turizm Forumu” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, forumda nazirlik tərəfdaş qismində iştirak edəcək.

Hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndənin iştirak etdiyi layihənin 2015-ci il üzrə qonaq ölkəsi Azərbaycan olacaq. Forum çərçivəsində müxtəlif mövzularda seminarların keçirilməsi nəzərdə tutulub.

Tədbirdə 60 ölkədən 400-dən çox turizm sahəsində fəaliyyət göstərən rəhbər şəxslərin, mütəxəssislərin və icraedicilərin iştirakı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR