Gürcüstanın şərqində baş verən daşqını nəticəsində yüzlərlə ev və minlərlə hektar əkin sahəsini su basıb

Gürcüstanın şərqində baş verən daşqını nəticəsində yüzlərlə ev və minlərlə hektar əkin sahəsini su basıb
# 13 avqust 2014 09:29 (UTC +04:00)

Bakı - APA. Gürcüstanın şərqindəki Xaşur rayonunda baş verən sel daşqını nəticəsində yüzlərlə ev və minlərlə hektar əkin sahəsi yararsız hala düşüb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, leysan yağışlardan sonra çayların yatağından çıxması ətraf ərazilərin su altında qalmasına səbəb olub.

Yerli hakimiyyət təmsilçiləri mətbuata bildiriblər ki, sel nəticəsində avtomobil körpüsü sıradan çıxıb, bir neçə kəndlə rayon mərkəzi arasında əlaqə itib. Sel daşqınları nəticəsində ölən olmayıb, amma dövlətə külli miqdarda ziyan dəyib.

Selin fəsadlarının aradan qaldırılması üçün xüsusi komissiya yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR