Firudin Nəbiyev: “Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi ölkənin siyasi, iqtisadi gücünün göstəricisidir”

Firudin Nəbiyev: “Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi ölkənin siyasi, iqtisadi gücünün göstəricisidir”
# 21 may 2015 11:38 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkunu qəbul edib.

Xidmətin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, iki ölkənin miqrasiya sahəsində əməkdaşlığının daha da genişləndirilməsinin önəminə toxunulan görüşdə Firudin Nəbiyev bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçıları arasındakı dostluq münasibətləri, qarşılıqlı rəsmi səfərlər ölkələrimiz arasında uğurlu əməkdaşlıq nümunəsidir.

Xidmət rəisi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Türkiyənin hər zaman Azərbaycanın haqq işini dəstəkləməsini minnətdarlıq hissi ilə qeyd edib.

DMX rəisi diqqətə çatdırıb ki, ölkəyə səfər edənlər, təhsil alanlar, sahibkar kimi çalışanlar, qanuna müvafiq şəkildə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olanlar arasında Türkiyə Respublikası vətəndaşları da çoxluq təşkil edir. Xidmət rəisi respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunmasının daim diqqət mərkəzində olduğundan, rahatlıqlarının təmin edilməsi üçün miqrasiya qanunvericiliyində müvafiq prosedurların sadələşdirilməsindən söhbət açıb.

Səfir son illər Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsinin yarandığından, aparılan abadlıq-quruculuq işlərindən, Türkiyə vətəndaşlarının respublikaya artan marağından danışıb. İsmail Alper Coşkun təmsil etdiyi ölkə vətəndaşlarının Xidmətin göstərdiyi xidmətlərdən məmnunluq ifadə etdiklərini bildirib.

Görüşdə gələcəkdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR