Saatlıda 7 otaqlı ev yanıb

Saatlıda 7 otaqlı ev yanıb
# 01 iyun 2016 21:54 (UTC +04:00)

Bakı-APA. Saatlıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Qaracalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR