"BakuBus" nağdsız ödəniş sisteminə keçməyə hazırdır

"BakuBus" nağdsız ödəniş sisteminə keçməyə hazırdır
# 05 iyun 2015 14:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "BakuBus" MMC nağdsız ödəniş sisteminə keçməyə hazırdır və bunun üçün zəruri şərait yaradılıb.

"APA-Economics"in məlumatına görə, bunu "BakuBus" MMC-nin direktorunun müavini Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, artıq avtobuslarda və Bakı metrosunun stansiyalarında kartların oxunması üçün avadanlıq quraşdırılıb: “Sadalanan yerlərdə “Bakı Kart” terminalları quraşdırılıb. Avtobuslar xəttə buraxıldıqdan sonra, yəni iyulun əvvəlində vahid nəqliyyat kartlarına mərhələli keçid prosesi başlayacaq. Bu proses bütün “BakuBus” avtobuslarını əhatə edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR