Anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 01 may 2015 12:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Hümbət Nağızadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib, daha sonra Hümbət Nağızadə ifadə verib. O, özünü təqsirli bildiyini deyib. Bildirib ki, anasını qısqanclıq zəminində öldürüb: “Atam rəhmətə gedəndən sonra anamın başqa kişi ilə münasibətinin olduğunu eşitmişdim. Dəfələrlə ona demişdim ki, bu işdən əl çək. Lakin o, mənim sözümə qulaq asmırdı. Bir gün dalaşanda atama söydü. Mən də boğub öldürdüm”.

Məhkəmə prosesi mayın 8-də davam edəcək.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü Fatimə Oruc qızı Qurbanovanı boğaraq öldürüb. Hadisəni törədən H. Nağızadə özü könüllü olaraq polisə təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR