Milli Məclisə seçkilərlə əlaqədar seçki məntəqələri hesabat verib

Milli Məclisə seçkilərlə əlaqədar seçki məntəqələri hesabat verib
# 02 noyabr 2015 08:48 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğlu - APA. Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə 5547 məntəqənin hesabat verməsi prosesi başa çatıb.

APA-nın Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, daxil olan 5547 protokol üzrə 2 milyon 894 min 15 bülleten sayılıb.

Xatırladaq ki, Milli Məclisə seçkilərdə 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR