Şəkidə qadın təndirə düşərək yanıb

Şəkidə qadın təndirə düşərək yanıb
# 17 may 2015 16:16 (UTC +04:00)

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Kiçik Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Rübabə İkram qızı Həsənova yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 45 yaşlı Rübabə Həsənova yaşadığı evdə çörək bişirəndə təndirə yıxılıb. Ailə üzvləri tərəfindən təndirdən çıxarılan Rübabə Həsənova xəstəxanaya yerləşdirilib.

Rübabə Həsənovaya sağ yuxarı ətrafın, sol saidin və sağ pəncənin 2-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-stabil qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR