Millət vəkili: "Bu, Məhəmməd Əmin Rəsulzadə irsinə, nəslinə hörmətin nümunəsidir"

Millət vəkili: "Bu, Məhəmməd Əmin Rəsulzadə irsinə, nəslinə hörmətin nümunəsidir"
# 10 iyul 2014 16:11 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Məhəmməd Əmin Rəsulzadə irsinin araşdıran tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu söyləyib.

N.Yaqublu deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin müalicəsi ilə bağlı müraciətə müsbət cavab verilməsindən çox məmnundur: "Rəis Rəsulzadə bir neçə gün ərzində əməliyyat olunacaq. İnanıram ki, əməliyyat yüksək səviyyədə başa çatacaq, Rəis Rəsulzadə yenidən Azərbaycana qayıdacaq, bizim aramızda olacaq”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa APA-ya açıqlamasında deyib ki, prezident İlham Əliyevə hansı mütərəqqi layihə təqdim edilirsə, həllini tapır, dəstəklənir. Onun sözlərinə görə, R.Rəsulzadə müalicəsi ilə bağlı görülən iş böyük bir addımdır: “Bu məsələdə tək təşəkkür yetmir. Bu, Məhəmməd Əmin Rəsulzadə irsinə, nəslinə hörmətin nümunəsidir, böyük humanist addımdır. Bəzən Azərbaycan cəmiyyətində elə təsəvvür yaranır ki, cəmiyyətin dəyərləri sayılan insanlar diqqətdən kənarda qalır. Bürokratik əngəllər olmasa, prezidentə dərhal məlumatlar verilsə, məlumatlar vaxtında çatdırılsa, problemlər bu səviyyədə olmaz. Az əvvəl Firudin Cəlilov, indi Rəis Rəsulzadə dövlət başçısının tapşırığı ilə müalicəyə göndərilib, bu cür mütərəqqi addımlar cəmiyyətin bütün kəsimləri tərəfindən müsbət qarşılanmalıdır. Fərq qoyulmadan Azərbaycan dövlətçiliyi ilə bağlı haqqı olan hər bir nəslə diqqət yetirmək Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin mövqeyi olaraq ifadə olunub. Mən bir daha dövlət başçısına təşəkkür edirəm”.

Millət vəkili Qənirə Paşayeva da APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan böyük Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin müayinə və əməliyyat olunmaq üçün Almaniyaya göndərilməsi haqqında göstəriş verdiyi üçün prezident İlham Əliyevə dərindən təşəkkürümü bildirir: “Rəis Rəsulzadə ilə bir az öncə danışdım, Almaniyadadır və müayinələrdən keçir. Telefon söhbətimiz zamanı dövlət başçısına dərin diqqət və qayğısı üçün təşəkkürünü bildirirdi. Rəis Rəsulzadəni uzun illərdir tanıyıram. Məhəmməd Əminin yadigarı olan Rəis Rəsulzadə yaxşı bir insan, ziyalıdır. Prezidentin bu diqqət və qayğısı ilə inanıram ki, Rəis Rəsulzadə tezliklə sağalacaq və vətənə, ailəsinin, sevdiklərinin və sevənlərinin yanına qayıdıb hələ neçə illər gözəl ömür sürəcək. Özü də buna inanır. Prezidentə təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR