Pakistanın “Diplomatik Star” jurnalında Naxçıvan Muxtar Respublikası barədə məqalə dərc olunub

Pakistanın “Diplomatik Star” jurnalında Naxçıvan Muxtar Respublikası barədə məqalə dərc olunub
# 11 iyul 2014 07:58 (UTC +04:00)

Bakı - APA. Pakistanın ingilisdilli “Diplomatik Star” jurnalında nəşrin baş redaktoru Raca Mahmud Battinin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi” adlı məqaləsi dərc edilib. Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, müəllif Naxçıvanda 1162 tarixi-mədəni abidədən 58-nin dünya əhəmiyyətli olduğunu nəzərə çatdırıb və Əshabi-Kəhf, Nuh, Mömünə Xatun, Gülüstan türbələrindən, Əlincə qalasından bəhs edib.

Məqalədə qeyd edilib ki, Birinci Dünya Müharibəsindən, Rusiya imperiyasının dağılmasından bəhrələnmək istəyən ermənilər Naxçıvanı işğal etmək niyyətində olub, yalnız naxçıvanlıların şücaəti nəticəsində məkrli planları puç olub. SSRİ süquta uğradıqdan sonra Naxçıvan yenidən ermənilərin hədəfinə tuş gəlib. Ermənistanın blokadası nəticəsində Muxtar Respublika çox çətin bir duruma düşüb. Yalnız Heydər Əliyevin Naxçıvana başçılıq etdikdən sonra Muxtar Respublikanın təhlükəsizliyi təmin olunub. Eyni zamanda Azərbaycanda ilk dəfə Naxçıvanda “Sovet Sosialist” ifadələri Muxtar Respublikanın adından çıxarılıb, Kommunist Partiyasının fəaliyyəti dayandırılıb, SSRİ-nin tərkibində qalmaq barədə referendumun keçirilməsi təklifi rədd edilib. İlk dəfə məhz Naxçıvanda Azərbaycanın üçrəngli bayrağı ucaldılıb, sovet qoşunları oranı tərk edib, Türkiyə və İran ilə iqtisadi əlaqələr yaradılıb.

R. M. Bhatti 2013-cü ildə “3-cü Beynəlxalq Humanitar Forumu”nun iştirakçısı kimi Naxçıvana səfər etdiyini, bu diyarın bir çox tarixi abidələri ilə tanış olduğunu da xatırladıb. O bildirib ki, xüsusən də hər bir müsəlmanın ürəyində xüsusi yer alan Əshabi-Kəhf türbəsinə ziyarəti xatirəsində daim yaşayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR