Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 7 May - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 7 May - <span style="color: red;">VİDEO
# 07 may 2015 17:22 (UTC +04:00)

Qara dəniz illərdir dünyanın birqütblü, yoxsa çoxqütblü olmasına aydınlıq gətirmək istəyən fövqəldövlətlərin güc nümayişi məkanına çevrilib. NATO-nun ardınca Rusiya və Çinin Qara dənizdə hərbi təlimlərə başlaması bu regionda, uzunmüddətli perspektivdə isə dünyada bir güc balansının yarana biləcəyini göstərir.

NATO-ya qarşı “anti-NATO” koalisiyasının yaradılması zatən gündəmdədir, bu koalisiya BRİCS alyansı bazasında formalaşa bilər. BRİCS-in iqtisadi alyansdan hərbi alyansa keçidi Rusiya, Çin və Hindistan arasında yüksək səviyyəli hərbi əməkdaşlıqdan asılıdır. Qara dənizdə keçirilən birgə təlimləri bu istiqamətdə atılan addım kimi dəyərləndirmək olar. BRİCS və Asiya İnfrastruktur Sərmayələri Bankı ilə anti-Qərb koalisiyasının maliyyə və iqtisadi əsasları formalaşdırılıb. Hələlik bu institutların hərbi alyansa transformasiya olunacağını söyləmək tezdir, keçirilən hərbi təlimlər, imzalanan hərbi əməkdaşlıq sazişləri sadəcə Qərbə mesaj xarakteri daşıyır.

ABŞ-ın bu mesajlara hələlik tək cavabı var - BRİCS üzvləri ilə fərdi şəkildə hərbi tərəfdaşlığa başlamaq. Əgər bu cəhd effekt verərsə, o zaman anti-Qərb iqtisadi və maliyyə koalisiyasının hərbi alyansa çevrilmək ehtimalı azalar. Amma Hindistanın, yaxud Çinin iqtisadi maraqları siyasi maraqlardan üstün tutacağı və Qərbin “Rusiya əvəzində birgə hərbi layihələr” təklifinə müsbət cavab verəcəyi real görünmür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR