Bakıda “Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib
# 01 may 2015 08:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda “Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda III Beynəlxalq Elmi Konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfrans Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Azərbaycan Konstitusiyasının 20 illiyinə həsr olunub.

Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov çıxışında Heydər Əliyevin ömür yolu haqda danışıb: “Heydər Əliyev Sovet vaxtı geridə qalmış Azərbaycanı ön sıralara apardı. Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik edərkən vətənin dar günü idi. O, böyük həvəslə bu missiyanı öz üzərinə götürdü. “Əsrin müqaviləsi” imzalandı. Gəlin etiraf edək ki, Bakı-Tbilisi-Ceyhan layihəsi olmasaydı, biz bu qədər inkişaf edə bilməzdik. Bunların hamısının təməlini Heydər Əliyev qoyub. Bu gün İlham Əliyev onun arzularını yüksək səviyyədə həyata keçirir. O, əlindən nə gəlirsə, hamısını edir”.


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova qeyd edib ki, Heydər Əliyev insan hüquq və azadlıqlarına xüsusi önəm verib: “Heydər Əliyev müstəqil Azərbaycan dövlətin bünövrəsini qoyub. Artıq 23 ildir ki, biz bu yolla irəliləyirik, inkişaf edirik. İnsan hüquqları və azadlıqlarının təmin edilməsi onun üçün əsas məsələ idi. 1995-ci ildə Azərbaycanın Konstitusiyası qəbul olundu. 1998-ci ildə ölüm hökmü ömürlük cəza ilə əvəz olundu. Eyni zamanda, Konstitusiya Məhkəməsi yaradıldı. Bütün bunlar Heydər Əliyevin apardığı qətiyyətli siyasətin nəticəsidir”.

Daha sonra millət vəkili Eldar İbrahimov, Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR