"Merkuri" BOKT-un istiqrazlarının yerləşdirilməsinə başlanır

"Merkuri" BOKT-un istiqrazlarının yerləşdirilməsinə başlanır
# 29 oktyabr 2015 10:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə bu gündən “Merkuri” BOKT MMC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, oktyabrın 30-dan BFB-də faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Məlumata əsasən, emissiyanın həcmi 1 500 000 manat, yerləşdiriləcək istiqrazların sayı 3000 ədəd, bir istiqrazın nominal dəyəri 500 manat təşkil edir. Yerləşdirmədə anderrayter kimi “Texnika Kapital Menecment” MMC çıxış edəcək.

İstiqrazlar üzrə faiz dərəcəsi 15%-dir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR