BMT: 2014-cü ildə Əfqanıstanda 3 mindən çox dinc sakin ölüb

BMT: 2014-cü ildə Əfqanıstanda 3 mindən çox dinc sakin ölüb
# 21 dekabr 2014 04:11 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Əfqanıstana yardım missiyasının hesabatında bildirilir. Məlumata görə, il ərzində 6429 dinc sakin yaralanıb. Hesabat 2014-cü ilin 11 ayını - yanvarın 1-dən noyabrın 30-dək dövrü əhatə edir.

BMT-də bu il ölən dinc sakinlərin sayının ötən ilki göstəricidən 19 faiz çox olduğunu bildiriblər. Qərb mətbuatı bu cür tendensiyanı NATO qüvvələrinin tədricən Əfqanıstandan çıxarılması və yerli təhlükəsizlik qüvvələrinin taliblərlə döyüşlərinin aktivləşdirilməsi ilə əlaqələndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR