Son 1 ildə Azərbaycanda elektron ticarət 1,8 dəfə artıb

Son 1 ildə Azərbaycanda elektron ticarət 1,8 dəfə artıb
# 16 may 2015 11:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektron ticarət şəbəkəsində istehlakçılara 3,7 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çox istehlak malları satılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, elektron ticarət dövriyyəsinin 96,4%-ni təşkil edən qeyri-ərzaq mallarının satışı əvvəlki ilin eyni dövrünün səviyyəsini 1,8 dəfə üstələyərək 3,6 mln. manata bərabər olub.

Elektron ticarəti üzrə istehlak mallarının satışının 92,8%-i hüquqi şəxslərin, 7,2%-i isə fərdi sahibkarların ticarət subyektləri tərəfindən həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR