İran xarici işlər nazirinin Türkiyəyə səfəri təxirə salınıb

İran xarici işlər nazirinin Türkiyəyə səfəri təxirə salınıb
# 11 avqust 2015 10:13 (UTC +04:00)

Bakı – APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyə səfəri təxirə salınıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Səfərin təxirə salınmasının səbəbləri və detalları açıqlanmır.

Xatırladaq ki, ötən həftə “Sputnik” agentliyi İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən M. Zərifin region ölkələrinə turnesi çərçivəsində Türkiyə paytaxtına gedəcəyi ilə bağlı məlumat yayıb. Onun türkiyəli rəsmilərlə Suriya böhranı da daxil olmaqla, bəzi məsələləri müzakirə edəcəyi gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR