Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq
# 26 oktyabr 2014 15:15 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Havanın temperaturunun gecə 6-9, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Dağlıq ərazilərdə sulu qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR