Ukraynanın Mukaçevo şəhərində atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ukraynanın Mukaçevo şəhərində atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb
# 12 iyul 2015 01:48 (UTC +04:00)

Bakı-APA. Ukrayna milisi Zakarpat vilayətinin Mukaçevo şəhərində atəş açmaqda şübhəli bilinən şəxsi saxlayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Ukrayna 112” telekanalı məlumat yayıb.

“Saxlanılan Nikolayev vilayətindən gəlmiş 18 yaşlı tələbədir. O yol kənarındakı otellərin birində saxlanılıb”, deyə məlumata bildirilir.

Məlumata görə, saxlanılan şəxsin üzərindən 5 min qriven və silah götürülüb. Saxlanılan şəxs hazırda dindirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR