I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Almaniya və İrlandiya idmançıları Bakıya gəliblər - FOTOSESSİYA - VİDEO

I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Almaniya və İrlandiya idmançıları Bakıya gəliblər - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 03 iyun 2015 01:20 (UTC +04:00)

APA-nın məlumatına görə, onları Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.

Komandalar daha sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qeyd edək ki, hava limanından idmançıları Atletlər kəndinə aparan avtobusları yol patrul xidməti maşınları müşayiət edib.

Məlumat üçün qeyd edək ki, bu gecə “Bakı-2015” I Avropa Oyunları işıqlandırmağa gələn jurnalistlərin bir qismi də Azərbaycana gəlib. Onları da Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.

Qeyd edək ki, yarışlara kimi “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərəcək.

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR