Avqustda Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 8% artıb

Avqustda Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 8% artıb
# 09 sentyabr 2014 09:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 133 mln. 307,25 min manat təşkil edib.

DGK-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% çoxdur. İyul ayı ilə müqayisədə isə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi 1,4% azalıb.

Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 41 mln. 357,96 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 85 mln. 277,54 min. manat, aksizlər üzrə 5 mln. 271,09 min. manat, yol vergisi üzrə isə 1 mln. 400,65 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR