FHN Akademiyasında “Bilik Günü” münasibətilə tədbir keçirilib - FOTO - VİDEO

FHN Akademiyasında “Bilik Günü” münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 sentyabr 2015 11:14 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Bilik Günü” münasibətilə tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, nazirliyin nümayəndələri, akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyub.

Sonra F. Tağı-zadə kursantları təbrik dib, yeni tədris ilində onlara uğurlar arzulayıb.

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov çıxış edərək bildirib ki, açılışında Azərbaycan prezidenti İlham Əliyevin iştirak etdiyi FHN Akademiyasının binası növbəti tədris ilində yeni kursantları qəbul edir. Dövlət başçısının yüksək qayğısı ilə əhatə olunmuş gənclər bu ali təhsil ocağında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəngin bilik və bacarıqlara yiyələnəcəklər.

FHN Akademiyasına yüksək balla qəbul olunmuş kursant Nicat Bayramlı çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevə təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə kursantlar adından təşəkkürünü bildirib.

Sonra 2014-2015-ci tədris ilində “Ən yaxşı tədris tağımı” müsabiqəsinin qalibi olmuş tağım FHN Akademiyasının bayrağını meydana gətirib, kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR