Henri Kissencerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi Qızıl medalı təqdim olunub

Henri Kissencerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi Qızıl medalı təqdim olunub
# 03 oktyabr 2014 13:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Amerika Birləşmiş Ştatlarının məşhur dövlət xadimi, beynəlxalq münasibətlər üzrə ekspert Henri Kissencerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi Qızıl medalı təqdim olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, mükafatı təşkilatın adından mərkəzin baş katibi Rövşən Muradov təqdim edib. Nyu Yorkda keçirilən təqdimat zamanı 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq müzakirə olunub.

H. Kissencer ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır. Hazırda “Kissenger Associates” beynəlxalq konsaltinq firmasının rəhbəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR