Prezident İlham Əliyev Xırdalanda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xırdalanda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub - <span style="color: red;">YENİLƏNİB
# 03 oktyabr 2014 13:28 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prezident İlham Əliyevə son vaxtlar şəhərdə və rayonda görülən işlər barədə məlumat verib.

Prezident İ. Əliyev həmçinin Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan prezidenti ulu öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıb.

Məlumat verilib ki, mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Mərkəzdə ümummilli liderin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var.


Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edilib ki, respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində olduğu kimi bu mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur.

Sonra dövlət başçısı Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İ. Əliyev Xırdalan şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə də tanış olub.

Dövlət başçısına məlumat verilib ki, ərazisi 12 hektar olan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.

Daha sonra prezident İlham Əliyev Xırdalan şəhərindəki Bayraq Meydanında olub. Dövlət başçısına məlumat verilib ki, bayraq dirəyinin hündürlüyü 65 metrdir. Bayrağın sahəsi isə 200 kvadratmetr təşkil edir. Burada müxtəlif video görüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR