Şəkidə ərzaq mağazasında 44 yaşlı kişini ilan sancıb

Şəkidə ərzaq mağazasında 44 yaşlı kişini ilan sancıb
# 15 iyul 2015 06:42 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə ilan sancması baş verib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 15-də saat 01:30 radələrində Şəki şəhəri Abid Əfəndiyev küçəsi ev 60 ünvanında yaşayan, 1971-ci il təvəllüdlü Abdulla Zahid oğlu Umarov ilan sancması ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, 44 yaşlı Abid Umarov Şəki şəhəri ərazisindəki ərzaq mağazasında iş görərkən ilan onun sağ əlinin barmağından sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A. Umarova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR