ARDNŞ Rumıniyada keçirilən beynəlxalq forumda iştirak edib

ARDNŞ Rumıniyada keçirilən beynəlxalq forumda iştirak edib
# 08 oktyabr 2014 09:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniyadakı nümayəndəliyi “Yeni İpək Yolu üzərində Avrasiya Strateji Seçim Potensialının üzə çıxarılması” mövzusunda keçirilmiş Buxarest Forumunda iştirak edib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın Alman Marşall Fondu, Rumıniyanın ASPEN İnstitutu, Rumıniya Milli Bankı və Milli İnkişaf Komitəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirə Rumıniyanın dövlət və hökumət rəsmiləri, 20 ölkədən 350-yə yaxın nümayəndə qatılıb.

“Böyük Qara dəniz regionunda yeni enerji oyunları” mövzusunda keçirilən müzakirələrdə ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov çıxış edib. Azərbaycanın enerji siyasəti barədə ətraflı məlumat verilib, ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu oynadığı və enerji mənbələrinin diversifikasiyasını hər zaman dəstəklədiyi vurğulanıb. Qeyd olunub ki, Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) boru kəmərləri gələcəkdə bu istiqamətdə görülən işlərə mühüm töhfə verəcək.

H. Kərimov ARDNŞ-in Qara dəniz bölgəsində həyata keçirilən strateji enerji layihələrində region ölkələri ilə birgə çalışmağa, öz təcrübəsini bölüşməyə həmişə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR