Rusiyada daha bir “Makdonalds” restoranı bağlanıb

Rusiyada daha bir “Makdonalds” restoranı bağlanıb
# 28 sentyabr 2014 02:38 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Nijni Novqorod şəhərinin mərkəzində yerləşən “Makdonalds” cəld qida şəbəkə restoranı bağlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, obyektin qapısına asılmış lövhədə “Restoran texniki səbəblərə görə işləmir” yazılıb. Buna baxmayaraq restoran əməkdaşlarının binada olduğu qeyd olunub.

Nijni Novqorod şəhərindəki “Makdonalds” cəld qida şəbəkəsində yoxlamalar avqustun sonunda başlayıb, lakin onun nəticələri hələlik elan olunmayıb. Nijni Novqorod şəhərində, ümumilikdə, 8 “Makdonalds” restoranı var.

Qeyd edək ki, son 1 ay ərzində Rusiyada 10 “Makdonalds” restoranı bağlanıb. Onlardan bir neçəsinin fəaliyyəti məhkəmənin hökmü əsasında dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR