Berndə “Azərbaycanın gənc rəssamları İsveçrədə” adlı rəsm sərgisi açılıb - FOTO

Berndə “Azərbaycanın gənc rəssamları İsveçrədə” adlı rəsm sərgisi açılıb - <span style="color: red;">FOTO
# 15 oktyabr 2014 14:00 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bern şəhərində ölkəmizin müstəqillik gününə həsr olunmuş “Azərbaycanın gənc rəssamları İsveçrədə” adlı rəsm sərgisinin açılışı olub.

Azərbaycanın Berndəki səfirliyindən APA-ya verilən məlumata görə, 16 rəssamın 76 əsərinin nümayiş etdirildiyi sərginin açılışında Berndə akkreditasiya olunmuş diplomatik korpusun, İsveçrənin federativ və yerli hakimiyyət qurumlarının, elmi, siyasi, ictimai və işgüzar dairələrinin nümayəndələri, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Açılışda çıxış edən Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı ölkələr və xalqlar arasında əlaqələrin inkişafında mədəni tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, bu xüsusda müstəqilliyimizin bərpa edilməsindən sonra dövlətimizin və ələlxüsus, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliğində müstəsna rol oynadığını bildirib.

Qeyd edək ki, bunadək ölkəmizin gənc rəssamlarının sərgiləri Sofiya, Brüssel, Vyana, Paris, Roma, London, Milan və Budapeşt şəhərlərində təşkil olunub və hazırkı sərgi sayca onuncudur.

Sərgi Azərbaycanın İsveçrədəki səfirliyi və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşəbbüsü ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR