Şəhid əsgərin təltif olunduğu medal Gəncədə ailəsinə təqdim edilib - FOTOSESSİYA - VİDEO

Şəhid əsgərin təltif olunduğu medal Gəncədə ailəsinə təqdim edilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 08 noyabr 2014 17:49 (UTC +04:00)

APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, nazirliyin Mənəvi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani bu ilin aprel ayında cəbhə xəttinin Füzuli rayonu istiqamətində şəhid olan əsgər Seyfəddin Kərimovun atasına “Hərbi xidmətdə fərqlənməyə görə” medalını və onun vəsiqəsini təqdim edib.

Şəhid əsgər bu medala ölümündən sonra müdafiə naziri Zakir Həsənovun əmri ilə layiq görülüb. Əsgərin ailəsi ilə görüşə onun qulluq etdiyi hərbi hissənin və Beyləqan hərbi birləşməsinin şəxsi heyətinin yüksək rütbəli zabitləri də gəlib. Şəhidin ailə üzvləri övladlarının Vətən uğrunda qəhrəmancasına həlak olması ilə qürur duyduqlarını deyiblər.

Daha sonra hərbi qulluqçular şəhidin ailə üzvləri ilə birlikdə Seyfəddin Kərimovun Gəncədəki Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR