Prezident İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib

Prezident İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun  ali mükafatı ilə təltif edilib
# 22 may 2015 14:53 (UTC +04:00)


Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında roluna görə BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ali mükafatı ilə təltif edilib.

APA-nın məlumatına görə, mükafat BAMF-in baş ofisinin açılışı ilə bağlı keçirilən mərasimdə qurumun prezidenti Umud Rəhimoğlu tərəfindən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub. U. Rəhimoğlu Heydər Əliyev və prezident İlham Əliyevin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında müstəsna rolları olduğunu vurğulayıb.

Ə. Həsənova isə BAMF-in “Fəxri diplomu” təqdim edilib. BAMF prezidenti Ə. Həsənova vətəndaş cəmiyyətinin inkişafında dəstəyinə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR