Gəncə şəhər sakini bıçaqlanıb

Gəncə şəhər sakini bıçaqlanıb
# 10 sentyabr 2014 09:17 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin “Avtozavod” qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 34 yaşlı Tural Qurbanov şəxsi münasibətlər zəminində, 46 yaşlı Natiq Quliyevi bıçaqlayıb. Xəsarət alan N. Quliyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib və onun vəziyyətinin orta- ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR