Zaqatalada fındıq bağlarında yanğın olub - VİDEO

Zaqatalada fındıq bağlarında yanğın olub - <span style="color: red;">VİDEO
# 19 avqust 2015 15:38 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın bu gün 15 radələrində rayonun Aşağı Tala kənd inzibati ərazisində, kənd sakinlərinə məxsus fındıq bağları, otlaq sahələri və kol-kos olan ərazidə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində bir neçə Aşağı Tala sakininə məxsus 2 hektar fındıq bağı, 4 hektar isə quru ot sahəsi, yol kənarındakı kol-kos və ağaclar, ərazidə olan 300-ə yaxın quru ot bağlaması yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının daha da genişlənməsinin qarşısı alınıb.
Faktla bağlı Zaqatala rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR