Neftin qiyməti ötən ilin oktyabrından etibarən ilk dəfə 51 dolları ötüb

Neftin qiyməti ötən ilin oktyabrından etibarən ilk dəfə 51 dolları ötüb
# 07 iyun 2016 13:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 50,28 dollar təşkil edib.


"APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,69 dollar artaraq 51,24 dollar olub.

Qeyd edək ki, Brent neftinin qiyməti ötən ilin oktyabrın 12-dən etibarən ilk dəfə 51 dolları ötüb.

Neftin bahalaşmasına səbəb dolların zəifləməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR