Bakıda ABŞ dövlәt müstəqilliyinin 239-cu ildönümünə həsr olunmuş qәbul keçirilib - FOTO - VİDEO

Bakıda ABŞ dövlәt müstəqilliyinin 239-cu ildönümünə həsr olunmuş qәbul keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 iyul 2015 17:19 (UTC +04:00)

APA-nın mәlumatına görә, әvvәlcә Azәrbaycanın dövlәt himni sәslәndirilib. Daha sonra ABŞ dövlәt himninin müşaiyәti ilә bu ölkənin dövlәt bayrağı sәhnәyә gәtirilib.

Daha sonra çıxış edәn ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta 239 illik müstәqillik tarixindә әldә olunan nailiyyәtlәr barәdә danışıb. Onun sözlәrinә görә, ABŞ ikitәrəfli münasibәtlәrdә Azәrbaycanın konstruktiv iştirakını dәstәklәyir: "Müsbәt әlaqәlәr qurmağa çalışırıq. İki ölkә arasında mövcud olan dialoq qarşıda duran gәlәcәk mәsәlәləri hәll etmәkdә bizә kömәk edәcәk".

Daha sonra çıxış edәn Azərbaycanın Gәnclәr vә İdman nazirinin müavini İsmayıl İsmayılov Amerika xalqına әmin-amanlıq vә firәvanlıq arzuladığını bildirib: "Ölkәlәrimiz arasında 1992-ci ildә әsası qoyulmuş münasibәtlәr ötәn illәr әrzindә bir çox sahәlәrdә, xüsusilә iqtisadiyyat vә tәhlükәsizlik sahәsindә inkişaf edib. Beynәlxalq tәhlükәsizlik vә terrorizmә qarşı mübarizә sahәsindә әlaqәlәr mövcuddur. Cәnubi Qafqazda sabitliyin möhkәmlәnmәsinә mane olan Dağlıq Qarabağ münaqişәsinin hәllindә rolu olan, ATӘT-in Minsk qrupunun hәmsәdr ölkәsi kimi ABŞ-ın regionda sülhün bәrqәrar olmasında sәylәrinin artıracağına ümid edirik. Ümidvarıq ki, regiondakı enerji layihәlәrinә ABŞ-ın dәstәyi davam edәcәk. Avropa oyunları ilә bağlı әmәliyyat komitәsinә cәlb olunmuş ABŞ mütәxәssislәrinin rolunu alqışlayırıq. Mövcud dostluq vә әmәkdaşlıq әlaqәlәrinini gәlәcәkdə daha da dәrinlәşmәsinı ümid bәslәyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR