Lənkəranda avtoqəzada xəsarət alan sürücü xəstəxanada ölüb - VİDEO - YENİLƏNİB

Lənkəranda avtoqəzada xəsarət alan sürücü xəstəxanada ölüb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 07 noyabr 2015 14:34 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində xəsarət alan sürücüsü xəstəxanada ölüb.

APA-nın cənub bürosunun məlumatına görə, noyabrın 7-də günorta saatlarında Ələt-Astara magistralının 199-cu kilometrliyində, yolun rayonun Digah kəndi ərazisindən keçən hissəsində Sumqayıt şəhər sakini, 40 yaşlı Mehman Məmmədovun idarə etdiyi "Hyundai" markalı, 41 BB 958 dövlət nömrə-nişanlı sərnişin avtobusu Lənkəran rayonunun Mamusta kənd sakini, 52 yaşlı Məhərrəm Hüseynovun idarə etdiyi "VAZ- 21011" markalı, 42 BF 290 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Güclü zərbə nəticəsində minik avtomobili deformasiyaya uğrayıb. Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri xüsusi alətlərin köməyi ilə avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salıblar.

Həkimlərin səylərinə baxmayaraq, bir neçə saatdan sonra o, xəstəxanada keçinib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

*** *** ***

14.33

Bakı. Hafiz Heydərov – APA. Lənkəranda minik avtomobili avtobusla toqquşub.



APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonunun Digah kəndində “VAZ” markalı minik avtomobili ilə “Hyundai” markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində avtomobildə sıxılaraq qalan sürücü xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR