Vladimir Putin “Time” jurnalının “İlin adamı” mükafatına namizədlər sırasına daxil edilib

Vladimir Putin “Time” jurnalının “İlin adamı” mükafatına namizədlər sırasına daxil edilib
# 08 dekabr 2014 18:06 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Putin ilə yanaşı İraqın kürd bölgəsinin lideri Məsud Bərzani, “Alibaba” şirkətinin təsisçisi Cek Ma, “Apple” şirkətinin rəhbəri Tim Kuk, ABŞ Milli futbol liqasının komissarı Rocer Qudil və müğənni Teylor Sviftin adı siyahıda yer alır.

Namizədlərin adlarını NBC News telekanalının efirində “Time” jurnalının redaktoru Nensi Qibbs açıqlayıb.

"Time" jurnalı, ənənəvi olaraq, hər il sonuncu dekabr nömrəsində "İlin adamı"nı elan edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR