Bakıda baş vermiş qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Bakıda baş vermiş qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 oktyabr 2014 02:37 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakı-Quba yolunun 9-cu km-də yol qəzası baş verib. APA-nın məlumatına görə, Nadir Əzizov "VAZ 2108" markalı avtomobili ilə Siyəzənə gedərkən Biləcəri qəsəbəsi ərazisində qəzaya uğrayıb. Qəza zamanı sürücü və yanında olan iş yoldaşı xəsarət alıb. Avtomobili idarə edən Nadir Əzizovun sözlərinə görə, qəzaya İkarus markalı avtobus səbəb olub.

Yaralılara hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yardım edəndən sonra onlar ambulator müalicəyə buraxılıblar. Qəza baş verən ərazidə olan yol polis əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin ediblər. Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR