Samur-Abşeron kanalında batmış şəxsin cəsədi çıxarılıb

Samur-Abşeron kanalında batmış şəxsin cəsədi çıxarılıb
# 07 iyul 2014 18:28 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, 4 iyul 2014-cü il tarixində Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batmış 2001-ci il təvəllüdlü Elnur Seyfulla oğlu Zəkilinin axtarışları başa çatıb.

E.Zəkilinin cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:10-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR