Təbrizdə 28 may-Respuiblika Günü qeyd olunub - FOTO

Təbrizdə 28 may-Respuiblika Günü qeyd olunub - <span style="color: red;">FOTO
# 27 may 2015 07:02 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Təbrizdəki Baş Konsulluğu Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü, 28 May - Respublika Günü münasibətilə Təbrizdə rəsmi qəbul təşkil edib.

Bu barədə APA-ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan bildirilib. Tədbirdə çıxış edən Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və nailiyyətləri haqqında iştirakçılara məlumat verib. Baş konsul 23 ay ərzində yaradılan tarixin xalqımızın varlığına hopduğunu və Azərbaycan xalqının 70 illik əsarətdən sonra yenidən müstəqilliyə qovuşduğunu, bu müstəqilliyin Heydər Əliyevin sayəsində qorunub saxlanıldığını bildirib. H.Əliyev tərəfindən əsası qoyulan hüquqi və dünyəvi dövlət quruculuğu siyasətinin prezident İlham Əliyevin davam etdirdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində böyük uğurlar əldə olunduğunu vurğulayıb. Baş konsul Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar haqqında da məlumat verib, Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyin, münaqişənin həllində beynəlxalq vasitəçilərin ikili standartlardan çıxış etməsinin təəsüfverici hal olduğunu bildirib, Azərbaycan nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü gec-tez bərpa edəcəyini diqqətə çatdırıb. Baş konsul son dövrlərdə hər iki ölkə rəhbərlərinin yüksək əzmi ilə daha da inkişaf edən Azərbaycan-İran münasibətlərindən də danışaraq, bunun Baş Konsulluğun əhatə etdiyi vilayətlərə də sirayət etdiyini, qarşılıqlı səfərlərin, sərgilərin, müştərək layihələrin, iqtisadi, elmi-mədəni tədbirlərin artdığını qeyd edib.

İranın Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə İran-Azərbaycan əlaqələrinin inkişafından, əhəmiyyətindən, ortaq bağlılıqlardan, ötən dövrdə həyata keçirilmiş və keçiriləcək işlərdən danışıb.

Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafını, turizm potensialını, mədəniyyətini, İranla münasibətlərini əks etdirən film də nümayiş olunub, Azərbaycan xalq mahnılarının sədaları altında ziyafət verilib.

Həmçinin Bakıda keçiriləcək Brinci Avropa Oyunlarınının rəsmi təqdimat mərasimi də təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR