AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb
# 04 mart 2015 14:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin (RH) bugünkü iclasında akademiyanın www.science.az veb-portalının yeni versiyasının istismara verilməsi haqqında məruzə dinlənilib.

APA-nın xəbərinə görə, bu barədə danışan akademik Rasim Əliquliyev bildirib ki, AMEA-nın rəsmi veb-portalı www.ab.az adı altında 1995-ci ildə yaradılıb. Onun sözlərinə görə, 2013-cü ilin iyulun 3-də AMEA RH tərəfindən təsdiq edilən məsələlər sırasında portalın yeni versiyasının yaradılması da yer alıb: “Özündə 15 minə yaxın səhifəni Azərbaycan, rus və ingilis dillərində əks etdirən www.science.az meqaportalı AMEA Rəyasət Heyəti aparatı, akademiyanın elmi müəssisə və təşkilatlarının strukturu və fəaliyyəti, akademiyanın sabiq prezidentləri və fəxri üzvlərini və digər lazımi məlumatları özündə əks etdirib”.

R.Əliquliyev xatırladıb ki, portala 2014-cü ildə 1,5 milyona yaxın müraciət qeydə alınıb.

Sonda RH-nin qərarı ilə portalın yeni versiyasının istismarı AMEA RH aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırma idarəsinə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR