Xızı rayonunda yol qəzası baş verib

Xızı rayonunda yol qəzası baş verib
# 30 sentyabr 2015 09:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xızı rayonunda yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da saat 01 radələrində Xızı rayonunun Giləzi kəndində Tural Allahverdiyevin idarə etdiyi “Mazda” və Bakı şəhər sakini Kamal Məmmədovun idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Nəticədə T.Allahverdiyev xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR